Azərbaycan yığmasının Daşkənddə təlim-məşq toplanışı start götürüb

Azərbaycan yığmasının Daşkənddə təlim-məşq toplanışı start götürüb

Parataekvondo üzrə Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışı start götürüb.

Mediasport.az xəbər verir ki, Monqolustan, Qazaxıstan və Özbəkistan yığmalarının da hazırlıq keçdiyi toplanışda yığmaya baş məşqçi Fərid Tağızadə ilə məşqçi Yaşar Səfərov rəhbərlik edir.

Hazırlıq prosesində Amin Əliyev (58 kiloqram), Sabir Zeynalov (58 kiloqram), Sadiq Həmidov (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram), Sərvan Məmmədli (80 kiloqram), Əbülfəz Abuzərli (80 kiloqram), Orxan Cəfərov (80+ kiloqram) və Şahmar Quliyev (80+ kiloqram) iştirak edirlər.