Azərbaycan birinciliyində 362 taekvondoçu qüvvəsini sınayacaq
Aprelin 3-də kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyi start götürəcək.
Mediasport.az xəbər verir ki, 3 gün davam edəcək və ilk dəfə keçiriləcək yarışda 362 (285 oğlan, 77 qız) idmançı qüvvəsini sınayacaq.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq birincilikdə oğlanlar və qızlar hərəsi 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcək.
Qeyd edək ki, yarışlar hər gün saat 09:00-da start götürəcək.