Cüdoçularımız Avropa Kubokunun ilk günündə 3 medal qazanıblar
Gürcüstanın Telavi şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku start götürüb.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal qazanıb.
Cüdoçularımızdan Məhəmməd Rüstəmli (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlkin Qarayevlə (55 kq) və Əli Hümbətov (66 kq) bürünc mükafat qazanıblar.
Yığmanın digər üzvləri - Teymur Gülməmmədov (50 kq) və Fəxri Sahibzadə (66 kq) yarışı 5-ci yerdə tamamlayıblar.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan oğlanlar arasında 4 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunub.