Dadaşov Türkiyə Superliqasında oyuna girən kimi qol vurdu - VİDEO

Dadaşov Türkiyə Superliqasında oyuna girən kimi qol vurdu - VİDEO

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Türkiyə Superliqasında növbəti qolunu vurub.

Mediasport.az xəbər verir ki, 25 yaşlı forvard heyətində çıxış etdiyi "Hatayspor"un 34-cü tur çərçivəsində "Başakşəhər"lə ev görüşündə fərqlənib.

Meydana 70-ci dəqiqədə daxil olan futbolçu 2 dəqiqə sonra adını tabloya yazdrısa da, komandası məğlubiyyətdən qaça bilməyib.

34 turdan sonra 33 xal toplayan Hatay təmsilçisi turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.