Ülviyyə Fətəliyeva vaxtından əvvəl Avropa çempionu ola bilər

Ülviyyə Fətəliyeva vaxtından əvvəl Avropa çempionu ola bilər

Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, qitə birinciliyi çərçivəsində bu gün 9-cu turun görüşləri keçiriləcək.

Yarışın lideri olan Azərbaycan millisinin üzvü Ülviyyə Fətəliyeva çempionluğu vaxtından əvvəl qazana bilər.

Təmsilçimiz bunun üçün rumıniyalı İrina Bulmaqa qalib gəlməlidir.

Qeyd edək ki, Azərbaycanın 10 şahmatçı ilə təmsil olunduğu Avropa çempionatında 150 zəka sahibi mübarizə aparır.


Şəxsi Avropa çempionatı, Qadınlar

Ülviyyə Fətəliyeva – İrina Bulmaqa (Rumıniya)

Günay Məmmədzadə – Yuliya Osmak (Ukrayna)

Lela Cavaxişvili (Gürcüstan) – Xanım Balacayeva

Gövhər Beydullayeva – Anna Kubiçka (Polşa)

Mitra Hecazipur (Fransa) – Səbinə İbrahimova

Yelizaveta Qrebenşikova (Ukrayba) – Gülnar Məmmədova

Nərmin Abdinova – Nataliya (Jukova)

Ləman Hacıyeva – Marta Dakiç (Serbiya)

Yulianna Terbe (Macarıstan) – Səbinə Rzalı

Ayan Allahverdiyeva – Mariya-Anna Stefanidi (Yunanıstan)