Rəşad Sadıqov Mahiri Azərbaycana qaytarır - AMMA BİR ŞƏRTLƏ
Bu ilin əvvəlində Sloveniyanın "Roqaşka" komandası ilə yoxlama matçında aldığı zədədən sonra özünə gələ bilməyən "Xorvatiyanın "Dinamo" klubunun üzvü Mahir Emreli yayda Azərbaycana qayıda bilər.
Bununla bağlı redaksiyamıza maraqlı informasiya daxil olub.
Bildirilib ki, bu mövsüm Azərbaycan Premyer Liqasından avrokuboklara vəsiqə almaq üzrə olan "Zirə" 27 yaşlı forvardı heyətinə qatmağa hazırlaşır.
Qəsəbə klubunun baş məşqçisi Rəşad Sadıqovun yaxşı münasibəti olan millimizin futbolçusu ilə danışıb razılaşdığı deyilir.
"Qartallar"ın çalışdırıcısının Emrelinin qarşısına şərt qoyduğu da iddia edilir.
Belə ki, Sadıqovun zədəsini sağaltmaqla məşğul olan hücumçudan ilk tələbi tənbəllik etməyəcəyi ilə bağlı olub.
Qeyri-adi hadisə baş verməsə, "Zirə" bugünlərdə Zaqreb klubu ilə təmasa keçəcək.
Qeyd edək ki, Mahirin xorvatlarla 2026-cı ilin yayına qədər müqaviləsi var.
"Dinamo" ilə 2022-ci ilin fevralında 4,5 illik müqavilə bağlayan futbolçu 29 oyuna 9 qol vurub.
O, ötən mövsümün ikinci yarısında icarə əsasında Türkiyənin "Konyaspor" klubunda forma geyinib.
Mediasport.az