Taciklərlə də bacarmayan milli komandamız penaltilərdə sevindi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində sonuncu matçına çıxıb.
Mediasport.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu yığmamız Tacikistan kollektivi ilə qarşılaşıb.
Komandamız əsas vaxtı heç-heçə (2:2) yekunlaşan görüşdə penaltilər seriyası ilə qələbə qazanıb - 3:1.
Xatırladaq ki, futbolçularımız daha əvvəl Belarus (0:4) və Özbəkistana (0:2) məğlub olublar.