AFFA-dan "Neftçi"nin futbolçusuna sərt CƏZA: 4 oyun oynamayacaq

AFFA-dan "Neftçi"nin futbolçusuna sərt CƏZA: 4 oyun oynamayacaq

AFFA İntizam Komitəsi "Neftçi"nin əvəzedici komandasının hücumçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb.

Mediasport.az xəbər verir ki, forvard Əvəzedicilər Liqasında “Sumqayıt-2” ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) yol verib.

"Ağ-qaralar" Ağadadaşa görə 300 manat cərimə də ödəyəcəklər.

Salyanskinin komanda yoldaşı Elcan Əbilov isə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 qarşılaşmanı buraxacaq. Paytaxt təmsilçisi bu səbəbdən 50 manat cərimələnib.

"Neftçi" bu görüşdə 6 oyunçusu sarı vərəqə aldığı üçün 70 manat, Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə 100 manat, qarşılaşma bitdikdən sonra təhlükəsizlik tam təmin olunmadığından 400 manat ziyana düşüb.

"Gənclik şəhəri" təmsilçisi bu matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.