Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşıb
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm başa çatıb.
Mediasport.az xəbər verir ki, 18-ci turun son görüşündə "NTD-İndiqo" "Şəki"ni məğlub edib 85:70.
Turun əvvəlki duellərində "Sabah" "Xəzri"ni (77:65) "Xırdalan" "Cəlilabad"ı (90:84), "Neftçi" "Sərhədçi"ni (73:69), "Gəncə" isə "Sumqayıt"ı (86:82) məğlub edib.
"Sabah" və "NTD-İndiqo" yarımfinala vəsiqə qazanıb.
"Xəzri", "Xırdalan", "Neftçi" və "Sərhədçi" çempionluq mübarizəsinə 1/4 finalda qoşulacaq.