Azərbaycanın "Paris-2024"ə qazandığı lisenziya sayı 18-ə çatıb

Azərbaycanın "Paris-2024"ə qazandığı lisenziya sayı 18-ə çatıb

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya qazanıb.

Mediasport.az xəbər verir ki, akademik avarçəkmə üzrə yığmamızın lideri Diana Dımçenko bu uğura Macarıstanın Seged şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.

Dımçenko 2000 m məsafəyə yürüşdə 2-ci yeri tutub.

Bununla da Azərbaycan milli komandasının lisenziya sayı 18-ə çatıb.


Gimnastika

Zöhrə Ağamirova, bədii gimnastika

Selcan Mahsudova, batut gimnastikası


Güləş

Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi

Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi

Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş

Əliabbas Rzazadə (57 kq), sərbəst güləş

Hacı Əliyev (65 kq), sərbəst güləş

Turan Bayramov (74 kq), sərbəst güləş

Osman Nurmaqomodov (86 kq), sərbəst güləş

Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş


Atletika

Anna Skidan, çəkicatma


Boks

Nicat Hüseynov (51 kq)

Murad Allahverdiyev (80 kq)

Məhəmməd Abdullayev (+92 kq)


Taekvondo

Qaşim Maqomedov (58 kq)


Atıcılıq

Ruslan Lunyov (10 m, pnevmatik tapança)


Basketbol

Qadın yığması, 3x3 növü


Avarçəkmə

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)