"Neftçi"ni boykot edən fan-klubdan komandanın müraciətinə CAVAB

"Neftçi"ni boykot edən fan-klubdan komandanın müraciətinə CAVAB

Uğursuz çıxışlar səbəbindən bir neçə oyundur "Neftçi"nin matçlarını boykot edən "Forza Neftçi" azarkeş qrupu klubun müraciətinə cavab verib.

Mediasport.az xəbər verir ki, fan-klub klubun çağırışını və vəziyyətini nəzərə alaraq Premyer Liqada qalan 5 görüşdə dəstək göstərəcəklərini açıqlayyıb.

"Forza Neftçi"nin cavabını olduğu kimi paylaşırıq:

"Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq.  

Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edib ,son zamanlar baş verənlərin və "flaqman"ın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Hər zaman arxasında durduğumuz komandanın bu çətin - 5 oyunluq periodunda yanında olacağımızı bildiririk.

Biz - azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Sizlər də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanmalı olduğunu sübut etməlisiniz".