"Çox inanırdım, Avropa çempionu olmaq xəyallarımdan biri idi"
"Avropa çempionu olmaq xəyallarımdan biri idi. Arenaya daxil olanda özümü çox hazır hiss elədim".
Mediasport.az xəbər verir ki, bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa çempionu olan Azərbaycan cüdoçusu Elcan Hacıyev deyib.
90 kq çəki dərəcəsində qızıl medal qazanan təmsilçimiz təəssüratlarını bölüşüb:
"Çempion olacağıma çox inanırdım. Birinci görüşüm bir az çətin çətin keçdi. Komanda yoldaşlarım, məşqçilər mənə güvənirdilər. Çox xoşbəxtəm, mənim günüm oldu".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub.
Elcan Hacıyevdən başqa, Hidayət Heydərov (73 kq) qızıl, Balabəy Ağayev (60 kq) gümüş mükafat əldə ediblər.