AFFA-nın qərarı: Bu klub çempionatdan kənarlaşdırıldı!
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda "Record club"un futzal yarışlarından kənarlaşdırılmasına dair qərar qəbul edilib.
Komanda 21.04.2024-cü il tarixində “Araz Naxçıvan”la oyunda təyin edilən vaxtda meydanda olmadığına görə görüş baş tutmayıb.
Buna görə “Record club”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə komanda yarışlardan kənarlaşdırılıb (maddə 63.1)