Millimiz 1993-cü ildən bu yana AÇ-də ən yaxşı nəticəyə imza atıb

Millimiz 1993-cü ildən bu yana AÇ-də ən yaxşı nəticəyə imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib.

Mediasport.az xəbər verir ki, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb.

O, rəqibləri arasında gürcüstanlı Olimpiya çempionu, bu kateqoriyanın lideri Laşa Bekaurini məğlub edib.

73 kq çəki dərəcəsində dünya reytinqində lider olan Hidayət Heydərov karyerasında 4-cü dəfə Avropa çempionu titulunu qazanıb.

Balabəy Ağayev 60 kq çəki dərəcəsində gümüş medala yiyələnib.

Turan Bayramov (60 kq), Aydan Vəliyeva (52 kq), Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (-100 kq) isə 5-ci yeri tutublar.