Ülvi Məmmədov Estoniyada ikinci yeri tutub - "Prezident Kuboku"
Estoniyanın paytaxtı Tallinndə keçirilən "Prezident Kuboku"nda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.
Mediasport.az xəbər verir ki, 36 kq-da mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.
Bu nəticə ilə millimizin yarışda qazandığı mükafatların sayı 7-yə yüksəlib.
Daha əvvəl yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.