Azərbaycan millisinin liderinə olimpiada yolunda son şans

Azərbaycan millisinin liderinə olimpiada yolunda son şans

Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə verən sonuncu təsnifat yarışında iştirak edəcək.

Mediasport.az xəbər verir ki, sablyaçımız Lüksemburqda lisenziya uğrunda mübarizə aparacaq.

13 idmançı arasından ən güclü Parisə bilet qazanacaq.

İdmançılar hərəsində 6 nəfər olmaqla 2 qrupda mübarizə aparacaqlar.

Annanın qrup mərhələsindəki rəqibləri Ketlin Maksvell (Böyük Britaniya), Zoya Mariya Baldo (Xorvatiya), Julyen Kortein (Belçika), Ana Kampos (Portuqaliya) və Malqorzata Kovalçuk (Polşa) olacaq.

Qruplarda ən yaxşı nəticə göstərən 9 sablyaçı pley-offa yüksələcək.