Azərbaycanın Zidanı Avropa çempionatında 1/4 finala çıxdı

Azərbaycanın Zidanı Avropa çempionatında 1/4 finala çıxdı

Gənclərdən ibarət Azərbaycan millisinin boksçusu Zidan Hümbətov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında 1/4 finala çıxıb.

Mediasport.az xəbər verir ki, 51 kq çəkidə yarışan idmançımız irlandiyalı Cemi Kollinsi mübarizədən kənarlaşdırıb.

İlk iki raundu uduzan rəqib döyüşçü son raundda diskvalifikasiya edilib.

Hümbətov yarımfinala gedən yolda İngiltərə boksçusu Safari Mohammad Riza ilə qarşılaşacaq.

Görüşş aprelin 11-də baş tutacaq.

Digər idmançımız Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Artur Vayslaya (Latviya) məğlub olub.

Qitə birinciliyinə aprelin 14-də yekun vurulacaq.