İspaniya millisi tarixində dördüncü dəfə Avropa çempionu oldu!

İspaniya millisi tarixində dördüncü dəfə Avropa çempionu oldu!

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatına yekun vurulub.

Mediasport.az xəbər verir ki, tarixdə 17-ci dəfə təşkil edilən qitə birinciliyinin ən güclüsü adı uğrunda İngiltərə və İspaniya milliləri yarışıblar.

Heç vaxt Avropa çempionu olmayan Britaniya təmsilçiləri yarışın 3-qat qalibi olan pireneylilərlə dueldə tilsimi qırmağa çalışsalar da, tapşırığın öhdəsindən gələ bilməyiblər.

Xatırladaq ki, Qaret Sautgeytin rəhbərlik etdiyi ingilislər 2021-ci ildə ümumilikdə 11 ölkədə keçirilmiş son Avropa çempionatının finalında da İtaliya yığmasına penaltilər seriyasında məğlub olmuşdular.


Avropa çempionatı. Final


İspaniya - İngiltərə 2:1

Qollar: Niko Uilyams, 47, Mikel Oyarsabal, 86 - Kol Palmer, 73.

Baş hakim: Fransua Leteksye (Fransa)

Yan xətt hakimləri: Siril Münye, Mehdi Rahmoni (Fransa)

Dördüncü hakim: Şimon Marçinyak (Polşa)

VAR hakimi: Jerom Brisar (Fransa)

AVAR hakimləri: Villi Delayo (Fransa), Massimiliano İrrati (İtaliya)

Berlin. Olimpiya stadionu