Boksçularımız Olimpiya Təsnifat Turnirinə Banqkokda hazırlaşacaq

Boksçularımız Olimpiya Təsnifat Turnirinə Banqkokda hazırlaşacaq
Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandda davam etdirəcək.

Mediasport.az xəbər verir ki, yığmanın baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 4 üzvü Banqkoka yollanıb.

Hazırlıqda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominges (92 kq) iştirak edəcəklər.

Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq.

Qeyd edək ki, toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.