Füzulidə beynəlxalq turnirin açılış mərasimi baş tutdu - FOTOLAR

  Füzulidə beynəlxalq turnirin açılış mərasimi baş tutdu - FOTOLAR

Füzuli şəhərinin Aşağı Köndələnçay su anbarında "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçirilib. 

Mediasport.az xəbər verir ki, öncə turnirdə iştirak edən komandaların rəsmi paradı olub.

Yarış iştirakçıları Füzulidə turnirin keçiriləcəyi əraziyə qədər yürüş ediblər. Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.  Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Yarışda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.