"Biznes klub" layihəsinin növbəti görüşünün tarixi açıqlanıb

  "Biznes klub" layihəsinin növbəti görüşünün tarixi açıqlanıb

"Zaqatala" PFK - "Biznes klub" layihəsi çərçivəsində Futbolun İnkişaf Fondunun (FİF) növbəti görüşünün tarixi açıqlanıb.

Mediasport.az xəbər verir ki, tədbir 1-ci Liqanın 15-ci turunun fevralın 21-də keçiriləcək "Zaqatala" - "İmişli" dueli ərəfəsində təşkil olunacaq.

Fevralın 20-də və ya qarşılaşmanın oynanılacağı gün məhz Zaqatalada tədbirin əsas hissəsi keçiriləcək. Həmin görüşdə "Biznes klub" layihəsinin iştirakçıları müəyyənləşəcək.

Xatırladaq ki, yanvarın 19-da "Biznes klub" layihəsinin təqdimatı keçirilib.