Leyla Əliyeva və Emin Olimpiya çempionları ilə görüşdü - FOTOLAR

Leyla Əliyeva və Emin Olimpiya çempionları ilə görüşdü - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyevlə görüşüb.

Mediasport.az xəbər verir ki, Leyla Əliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, instaqramda “Sea Breeze” istirahət mərkəzində çəkilmiş fotoları paylaşıb.

Görüşdə Xalq artisti, iş adamı Emin Ağalarov da iştirak edib.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında çempion olan Hidayət Heydərov 73 kq, Zelim Kotsoyev isə 100 kq çəki dərəcəsində qızıl medal qazanıb.