Gənclər və İdman Nazirliyi bu gün 30 illik yubileyini qeyd edir
Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 30 illik yubileyini qeyd edir.
Mediasport.az xəbər verir ki, iyulun 26-da nazirliyin yaranmasının 30 illiyi tamam olur.
Gənclər və İdman Nazirliyi Ulu Öndər Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı Fərmanla yaradılıb.
12 il sonra - 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.
Həmin vaxt gənclər siyasətinin əsas icra orqanının yeni vəzifələri də müəyyənləşdirilib.