Dünya və Avropa çempionlarımız aksiyada: "Qan ver - Həyat xilas et"
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Qan ver - Həyat xilas et” şüarı altında könüllü qanvermə aksiyasi keçirilib.
Mediasport.az xəbər verir ki, aksiyaya AGF-nin əməkdaşları, gimnastika növləri üzrə milli komandaların məşqçi və idmançıları da qoşulublar.
İdmançılarımız arasında ikiqat dünya və Avropa çempionu Mixail Malkin (tamblinq), üçqat Avropa çempionu, dünya çempionatının ikiqat bürünc mükafatçısı Murad Rəfiyev (akrobatika gimnastikası) də yer alıblar.