“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilmiş "Neftçi" - "Qarabağ" oyununda Peşəkar Futbol Liqası və Nəfəs Psixi Sağlamlıq Akademiyasının təşkilatçılığı ilə sosial idman layihəsi baş tutub.
Mediasport.az xəbər verir ki, klublar meydançaya “Uşaqlar Nəfəsimizdir” devizi altında psixonevroloji narahatlıqları olan uşaqlarla çıxıblar.
Psixi narahatlıqların ümidsizlik, hər şeyin sonu olmadığını təbliğ edən layihəyə “Neftçi” və “Qarabağ” klubları da dəstək olub.
Dünyada futbolun populyarlığından istifadə edən layihə iştirakçıları gələcəyimiz olan uşaqlara bütün narahatlıqlar, çətinliklər üzərində qələbə arzulayıb, onlara həyatlarında xoşbəxtliklər diləyiblər.
Qeyd edək ki, Nəfəs Psixi Sağlamlıq Akademiyası psixiatriyanı insanlara tanıdaraq, faydalarından yararlanmağı təmin edir.