Medianın İnkişafı Agentliyinin rəhbərliyi "Qarabağ"ın qonağı oldu
Medianın İnkişafı Agentliyinin rəhbərliyi "Qarabağ"ın qonağı olub.
Mediasport.az xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov, Ağdam klubunun baş direktoru Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev iştirak ediblər.
Görüş zamanı "Qarabağ"ın kommunikasiya üzrə fəaliyyətinin effektivliyinin artırılması müzakirə olunub, bu sahədə Medianın İnkişafı Agentliyi ilə qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Görüşün sonunda Əhməd İsmayılova komandanın forması təqdim olunub.