Oyun vaxtı həyatını itirən azarkeş millinin sabiq baş məşqçisi imiş

  Oyun vaxtı həyatını itirən azarkeş millinin sabiq baş məşqçisi imiş

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçirilmiş “Bayern” (Almaniya) - “Benfika” (Portuqaliya) qarşılaşmasında vəfat edən Romeyn Jan Lüksemburqun qadınlardan ibarət yığmasının keçmiş baş məşqçisi olub.

Mediasport.az xəbər verir ki, arenada yer alan Münhen klubunun fanatının halı pisləşdiyi üçün xəstəxanaya aparılıb.

Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Jan 2006-2012-ci illərdə Lüksemburqun qadınlardan ibarət əsas komandasına rəhbərlik edib.

Görüş almanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.