Alman-kubalı Azərbaycanın himnini Koşitsedə canlı ifa etdi - FOTO

Alman-kubalı Azərbaycanın himnini Koşitsedə canlı ifa etdi - FOTO

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında C Liqasının 2-ci turunda Slovakiyanın qonağıdır.

Mediasport.az saytının "Misli"nin dəstəyi ilə Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, matçdan öncə hər iki ölkənin dövlət himni fərqli formada səsləndirilib.

Azərbaycanın dövlət rəmzini Avstriyada yaşayan alman-kubalı vokalist, aktrisa Karen Danger-Manafzadə ifa edib.

Xatırladaq ki Karen Danger-Manafzadə Azərbaycanın əməkdar artisti, dünya şöhrətli pianoçu İslam Manafovun oğlu, beynəlxalq müsabiqələr laureatı pianoçu, dirijor, bəstəkar Abuzər Manafzadə ilə evlidir və onlar ailəlikcə dünyanın hər yerində konsert proqramları ilə çıxış edirlər.