"Komandada kim daha optimal formadadırsa, o da oynayır"

"Komandada kim daha optimal formadadırsa, o da oynayır"

"Bu gün güclü rəqibə qarşı oynadıq. "Sabah" yaxşı komplektləşdirilmiş komandadır. Heç-heçə ədalətli nəticə ola bilər. Uğursuz epizoddan qol buraxdıq".

Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib

Tatarıstanlı mütəxəssis Premyer Liqanın 14-cü turunun "Sabah"la görüşündə qeydə alınan 1:1 hesablı bərabərliyi şərh edib.

O, komandanın 60-cı dəqiqədən sonra oyundan qopmasının hesabı qorumaa çalışdıqları ilə əlaqələndirib:

"Əvvəlki temp və istəklə davam etmək olardı. İkinci hissədə lazım olanları yerinə yetirmədik. Nələrin alınmadığını demək üçün təhlil etmək lazımdır. Növbəti turun "Araz-Naxçıvan"la matçını 6 xallıq oyun adlandırmaq olar? İstənilən rəqibə qarşı hazırlaşırıq. Onların hansı yerdə olmasının önəmi yoxdur. Komandada kim daha optimal formadadırsa, o da oynayır".