Mahir qol vurdu, komandası səfərdə çətin qələbə qazandı

Mahir qol vurdu, komandası səfərdə çətin qələbə qazandı

Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Osiyek"in qonağı olub.

Qarşılaşma Zaqreb təmsilçisinin 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Mahir 30-cu dəqiqədə meydana çıxıb və fasilədən sonra komandası 0:2 hesabı ilə geridə olarda başla gözəl qol vurub.

Aktivindəki xalları 10-a çatdıran "Dinamo" 5 oyundan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 6 matç keçirmiş lider "Hayduk"dan 5 xal geri qalırlar.