Millimizin oyun təqvimi açıqlandı

Millimizin oyun təqvimi açıqlandı

Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyun təqvimi müəyyənləşib.

mediasport.az xəbər verir ki, C qrupunda yer alan yığmamız ilk matçını avqustun 18-də Çexiyaya qarşı keçirəcək.

Növbəti qarşılaşmalarda rəqiblərimiz müvafiq ardıcıllıqla Almaniya,Türkiyə, Yunanıstan və İsveç yığmaları olacaq.

Qrup oyunlarımıza Almaniyanın Düsseldorf şəhəri ev sahibliyi edəcək.

Qrupda ilk dörd yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. C qrupunda mərhələ adlayacaq komandalar bu etapda A qrupunda 1-4 yerləri tutacaq komandalarla qarşılaşacaqlar (C1-A4, C2-A3, C3-A2, C4-A1).