Hakimlər Komitəsinin sədri "Sabah"ın futbolçuları ilə görüşdü

 Hakimlər Komitəsinin sədri "Sabah"ın futbolçuları ilə görüşdü

AFFA-da "Sabah" klubunun əsas komandasının futbolçuları ilə lisenziya tələblərinə uyğun görüş keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere və Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev iştirak ediblər.

Onlar komandanın üzvlərinə qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.