Azərbaycan idmançısı Türkiyədə dünya çempionu adını qazandı
Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçirilən hərbçilər arasında kikboksinq üzrə dünya çempionatında ilk medalını qazanıb.
Mediasport.az xəbər verir ki, təmsilçimiz Elvin Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
54 kq çəkidə yarışan idmançımız həlledici görüşdə türkiyəli Bilal Duralı məğlub edib.