Kamal Umudlu “Şturm” - “Jirona” oyununda baş hakim olacaq

  Kamal Umudlu “Şturm” - “Jirona” oyununda baş hakim olacaq

FİFA referisi Kamal Umudlu növbəti dəfə təyinat alıb.

Mediasport.az xəbər verir ki, gənc hakim UEFA Gənclər Liqasının 5-ci turunun “Şturm” (Avstriya) - “Jirona” (İspaniya) oyununda baş hakimi olacaq.

K.Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

Noyabrın 27-də Avstriyanın Sankt Veyt an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.