Kloze bu axşam Mahir Emreliyə səfər matçında şans verəcək
Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Nürnberq"də çıxış edən Mahir Emreli bu axşam "Paderborn"la səfər görüşündə meydana çıxa bilər.
Mediasport.az xəbər verir ki, komandanın baş məşqçisi Miroslav Kloze yığmaların düşərgələrindən qayıdan futbolçuların sağlam olduqlarını bildirib.
Gənc mütəxəssis 27 yaşlı forvardın matça tam hazır olacağını deyib: "İnanıram ki, onlar milli komandaları ilə kifayət qədər məşq edə, hazırlıq keçə biliblər".
Xatırladaq ki, "Nürnberq" 12 turdan sonra 18 xalla 7-ci pillədə qərarlaşıb.