Daha 3 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Azərbaycan milli komandasının heyətində daha 3 dəyişiklik baş verib.
Mediasport.az xəbər verir ki, müdafiəçilər Elvin Cəfərquliyev, Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə heyətdən çıxarılıb.
Elvin sarı vərəqə limitini doldurub, Rahil dünən estonlarla matçda zədələnib, Mustafanın isə sənədlərində problem yaranıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin İsveç - Azərbaycan oyunu noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də "Strouberri Arena"da keçiriləcək.
Xatırladaq ki, bu toplanışda daha əvvəl zədələndiyi üçün Rüstəm Əhmədzadə və Emin Mahmudov düşərgədən ayrılıb.