"Musayev istədiyi futbolu tətbiq etmək üçün vaxta ehtiyac duyur"
"Murad Musayevin "Krasnodar"da görmək istədiyi futbol üçün zamana ehtiyacı var".
Mediasport.az xəbər verir ki, bu sözləri keçmiş rusiyalı futbolçu ÇSKA (Moskva), "Samara" kimi klubların formasını geyinmiş İvan Taranov deyib.
O, gənc mütəxəssisin dönüşündən sonra Krasnodar təmsilçisində nəyinsə dəyişdiyini söyləməyin çətin olduğunu bildirib:
"Krasnodar" ölkə çempionatının 22-ci turunda "Lokomotiv"lə (Moskva) qarşılaşacaq. Onlar yaxşı rəqibdir. Məhz həmin matçda "Krasnodar"ın oyun üslubunun dəyişib-dəyişmədiyini görmək olar. Qısa zamanda böyük dəyişikliklər gözləmək olmur. Musayev istədiyi futbolu tətbiq etmək üçün vaxta ehtiyac duyur. Çünki onun gedişindən bu yana komandanın tərkibi dəyişib".
Martın 13-də "Krasnodar"da Vladimir İviçlə müqaviləyə xitam verilib və Musayev keçmiş komandası ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. O, 2018-2021-ci illərdə "öküzlər"i çalışdırıb.
Krasnodar şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatının turnir cədvəlində 39 xalla ikincidir. Zirvədə "Zenit" qərarlaşıb (40 xal).