Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi olub
Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə ARAF-ın birinci vitse-prezidenti Bəsirət Quliyev ölkədə atçılığın inkişafı və güclü idmançıların yetişdirilməsi baxımından yarışın əhəmiyyətindən bəhs edib.
ARAF-ın baş katibi Bəhruz Nəbiyev isə çövkənin yalnız idman növü deyil, qədim tariximizin bir parçası olduğunu vurğulayıb. Rəsmi çıxışlardan sonra dünya çempionatı açıq elan olunub.
Dünya çempionatında Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan komandaları mübarizə aparacaqlar.
Yarışda milli atlardan istifadə olunacaq.
Dünya çempionatının bağlanış mərasimi iyunun 16-da baş tutacaq.