Azərbaycan adına ilk uğur!

Azərbaycan adına ilk uğur!

Şərqi Avropa Bilyard Şurasının təṣkilatçılığı ilə Gürcüstanda "Pool-9" intizamı üzrə "Tbilisi Open" beynəlxalq turniri keçirilib.

Mediasport.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi yaddaqalan uğur qazanıb.

Orxan Qubatov gümüş medal qazanmaqla ölkəmizin tarixində bilyardın "Pool" intizamı üzrə yarışda ilk böyük nəticəni rəsmiləşdirib.

Turnirdə 10 ölkədən 59 idmançı mübarizə aparıb.