Bu il Azərbaycan Premyer Liqasında ilin ən güclüsü açıqlanıb
Azərbaycan Premyer Liqasında 2023-cü ildə 469 qol vurulub.
Mediasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2022/2023 mövsümünün ikinci, 2023/2024 mövsümünün ilk yarısında ümumilikdə 180 oyun keçirilib.
Bu müddətdə 11 komanda Premyer Liqada mübarizə aparıb. “Şamaxı” ötən, “Araz-Naxçıvan” cari çempionatda 18 görüşə çıxıb. Digər komandalar 36 qarşılaşmada iştirak ediblər.
İlin ən yaxşı komandası “Qarabağ”dır. Ötən mövsümün çempionu və cari çempionatın lideri il ərzində hamıdan çox – 25 qələbə qazanıb, hamıdan çox – 88 qol vurub və 81 xalla ən yaxın izləyicisini 21 xal qabaqlayıb.
“Sabah” il ərzində topladığı 60 xalla ikincidir. “Neftçi” isə üçüncü sırada qərarlaşıb.