Gimnaziada İdman Oyunlarının bağlanış mərasimi keçirildi
Bəhreyn Krallığının Manama şəhərində Gimnaziada İdman Oyunlarının bağlanış mərasimi baş tutub.
Mediasport.az xəbər verir ki, tədbirdə Bəhreynin təhsil naziri Mohammad bin Mubarak Cuma və Beynəlxalq Məktəb İdmanı Federasiyasının birinci vitse-prezidenti Yusif Belqasimi çıxış ediblər.
Azərbaycan idmançıları gimnaziadada bədii, idman və aerobika gimnastikası, boks, cüdo, güləş, taekvondo, kamandan oxatma, üzgüçülük, paraüzgüçülük, paracüdo, badminton, qılıncoynatma, şahmat, tennis və stolüstü tennis növlərində 160 idmançı ilə təmsil olunub.
Ölkəmiz yarışlarda 26-sı qızıl, 26-sı gümüş və 29-u bürünc olmaqla ümumilikdə 81 medal qazanıb.