Riçard Almeyda 250-yə çatdı
"Qarabağ" Azərbaycan Premyer Liqasının 4-cü turunda "Turan Tovuz"la qarşılaşıb - 0:1
Mediasport.az xəbər verir ki, həmin matçda meydana çıxan Riçard Almeyda Azərbaycan çempionatlarında 250-ci oyununa çıxıb. Futbol üzrə milli komandamızın sabiq üzvü bu müddətdə 51 qol vurub.
2012/13 mövsümündən fasilələrlə "köhlən atlar"ın heyətində forma geyinən Almeydanın debütü 5 avqust 2012-ci ildə baş tutub. O, "İnter"lə (indiki "Şamaxı") səfər görüşündə meydana çıxıb (1:1).
Riçard Azərbaycan çempionatları tarixinə eyni klubda 250 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb.
Bu göstəricidə mütləq rekord onun sabiq komanda yoldaşı Maksim Medvedevə məxsusdur (376 matç). Qara Qarayevlə Aslan Kərimov da "Qarabağ"da, Rahid Əmirquliyev "Xəzər Lənkəran"da "250"ni geridə qoyub.