"Qarabağ" layiqli qələbə qazandı"
"Qəbələ" Premyer Liqanın 15-cü turu çərçivəsində səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzub.
Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev görüş barədə təəssüratlarını bölüşüb, jurnalistləri maraqlandıran suallara cavab verib:
- Bizim üçün ağır oyun alındı. İstədiyimizi meydanda göstərməyə rəqib imkan vermədi. Komandamdan daha çox dinamika gözləyirdim. Amma yenə qol epizodlarımız oldu. Hesab 1:0 olanda, epizodları vursaydıq, nəticə fərqli olardı. Səviyyə fərqini danmaq olmaz. "Qarabağ" layiqli qələbə qazandı.
"Kəpəz"lə matçınız olacaq, altı xallıq oyundur. Bu görüş nə dərəcədə önəmlidir?
- Hələ o oyunu düşünmürdük. Bu matçı fikirləşirdik.Hər xal önəmlidir. Çempionatda hər komandadan xal almaq mümkündür.
Ülvi İsgəndərov haqda hansı fikirdəsiz? Keçən mövsüm qollar vururdu...
- Ülvi də çalışır. Keçən il daha uğrulu alınırdı. Daha da artığını etməlidir ki, qolları gəlsin. Potensialı olan futbolçudur. Üzərində çox işləməlidir ki, alındırsın.
"Qarabağ"ın ağır səfərdən gəlməsi sizdə az da olsa, arxayınçılıq yaratmamışdı?
- Bizim üçün ağır olacaqdı. Mövsümün əvvəlində "Omoniya" ilə oynadıq, iki gün sonra "Sabah"a uduzduq. Bizim kimi komandalara ağır olur. Amma "Qarabağ"ın heyəti genişdir, onlar üçün rotasiyaya etmək rahatdı.
İlk qolu analiz etdiz?
- Hələ baxmamışam. Rahat qol olmur. Rəqibin də vurduğu qolu kiçiltmək lazım deyil. Sadəcə, boşluqdan istifadə etdilər.