Avropa çempionatında ölkəmizi 22 cüdoçu təmsil edəcək - SİYAHI
Azərbaycanın kişilərdən ibarət cüdo millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa Açıq çempionatında iştirak edəcək heyəti açıqlanıb.
Mediasport.az Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytına istinadən xəbər verir ki, yığmamız birincilikdə 22 cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan cüdoçuları 7 çəki dərəcəsinin hamısında çıxış edəcəklər.
Turnirə əsasən gənc idmançılarımız qatılacaqlar. Fəxri kürsüdə Nurlan Kərimli, Murad Muradlı, Murad Əliyev, Eltun İmranov, Şahin Oruczadə (hamısı 60 kq), İslam Rəhimov, Samir Piriyev, Elşən Əsədov, Rüfət Aydınov (hamısı 66 kq), Nəriman Mirzəyev, Qədir Hüseynov, Nahid İsmayılov, Elnur Qasilov, İsa Əliyev (hamısı 73 kq), Məhərrəm İmamverdiyev, Zaməddin Poladov, Nahid Tarquliyev, Məmmədrza Hacızadə, Əli Hacızadə (hamısı 81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli (100 kq) və Toğrul Salmanov (+100 kq) yer almağa çalışacaqlar.
Qeyd edək ki, Avropa Açıq çempionatı sentyabrın 16-17-də təşkil olunacaq.