"Zirə"nin sabiq hücumçusu "Xankəndi" ilə müqavilə bağladı
AFFA Region Liqasında debüt etməyə hazırlaşan "Xankəndi" heyətini gücləndirməkdə davam edir.
Mediasport.az xəbər verir ki, Qarabağ təmsilçisi hücumçu Sərxan Ağayevlə müqavilə bağlayıb.
32 yaşlı forvardla anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
O, "Şahdağ" Qusar, "Qaradağ Lökbatan", "Zirə", "Zaqatala", "Binə", "Şəmkir", "Araz-Naxçıvan", "Baku City" və "Qusar" klublarında forma geyinib.