"Böyük Dəbilqə" başa çatır: Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq

  "Böyük Dəbilqə" başa çatır: Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq

Türkiyədə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.

Mediasport.az xəbər verir ki, Antalyadakı yarışın sonuncu günündə Vüqar Talıbov (90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Turnirdə buna qədər Azərbaycanın 6 cüdoçusu yarışıb və yalnız Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.