AÇ-də 17 cüdoçumuz olacaq
İyunun 22-də Portuqaliyanın Odivelas şəhərində start götürəcək yeniyetmələrin Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.
MediaSport.az xəbər verir ki, yığmamız yarışda 10 kişi və 7 qız idmançı ilə təmsil olunacaq.
Kişilərdən ibarət komandada Məhəmməd Həşimov, Əhməd Rüstəmov (hər ikisi 50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Mehdi Cəfərov (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kostoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) yarışacaq.
Qızlardan isə Nigar Məmişova (40 kq), Aytac Yolçuzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qadaşova, Aytən Verdiyeva (hər ikisi 52 kq), Fidan Qasımova (57 kq) və Kamilla Toholiyeva (63 kq) mübarizə aparacaqlar.
Qitə birinciliyi iyunun 25-də başa çatacaq.