Azərbaycan çempionatında 12 komanda yarışacaq - AÇIQLAMA

Azərbaycan çempionatında 12 komanda yarışacaq - AÇIQLAMA

Növbəti mövsümdən Azərbaycan Basketbol Liqasında komanda sayı artırıla bilər.

Mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Anar Rza jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi bildirib ki, yeni mövsümdə çempionatda 12 klubun iştirak etməsi gözlənilir:

“İyunun 5-də bununla əlaqədar federasiya ilə klublar arasında görüş keçiriləcək. Burada legioner limiti və komanda sayı barədə də müzakirələr aparılacaq. Əgər klub sayı artsa, 1-ci Liqa yaradılacaq. Əlbəttə, istəyərik ki, region komandası da siyahıda olsun. Bunu görüşdən sonra daha dəqiq biləcəyik”.

Xatırladaq ki, son mövsümdə yarışda 10 kollektiv mübarizə aparıb.

Uzun illər aradan sonra təşkil edilən son 2 çempionatın qalibi "Sabah" olub.