Kişilərdən ibarət milli komandamız Vyanada mübarizəyə start verir

  Kişilərdən ibarət milli komandamız Vyanada mübarizəyə start verir

3x3 basketbol üzrə kişilərdən ibarət milli komandalar arasında Avstriyanın paytaxtı Vyanada Avropa Kuboku start götürür.

Mediasport.az xəbər verir ki, bu gün Azərbaycan 15:40-da Niderland ilə mübarizəyə start verəcək.

Yığmamız daha sonra 19:15-də Avstriya ilə qarşılaşacaq.

Qrupda ilk iki yerin sahibi 1/4 finala adını yazdıracaq.

Xatırladaq ki, qadınlardan ibarət milli komandamız artıq turnirdə mübarizəni dayandırıb.

Avropa Kuboku

15:40 Azərbaycan - Niderland

19:15 Azərbaycan - Avstriya