Azərbaycanın gənc üzgüçüsündən Bolqarıstanda gümüş medal

Azərbaycanın gənc üzgüçüsündən Bolqarıstanda gümüş medal

Azərbaycan üzgüçüsü Məhəmməd Hüseynov Bolqarıstanın Varna şəhərində keçirilən "Üçüncü Balkan Gənclər Çempionatı" beynəlxalq turnirində uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, təmsilçimiz suya tullanma növündə gümüş medal qazanıb.

İdmançımız E qrupunda ikinci olub.

Yarışda 10 ölkədən 110 idmançı mübarizə aparır.

Azərbaycanın üzgüçüləri Anton Melnikov və Angelina Melnikovanın rəhbərliyi altında mübarizə aparılar.